İqtisadiyyat

Azərbaycan quru sərhədlərini açır - Tarix məlum oldu

12 May 2022 21:37
8 Şərh     Baxış: 21 675

Azərbaycan quru sərhədlərini açır - Tarix məlum oldu"Operativ Qərargahın may ayının sonu, iyun ayının əvvəllərində quru sərhədləri açmaq, gediş-gəlişi bərpa etmək fikri var".

Milli.Az xəbər verir ki, bu sözləri "cebhe.info"-ya quru sərhədlərin açılması məsələsinə münasibət bildirərkən millət vəkili Musa Quliyev deyib.

Deputat artıq sərhədləri açmağın mümkün olduğunu bildirib:

"Azərbaycanda əsasən yay ayları turizm sezonu sayılır, turistlər də öz işlərini planlamalıdırlar. Əlaqələr möhkəmlənməli, insanlar digər ölkələrə işləri ilə əlaqədar getməli, iş adamları bura gəlməlidirlər. Rusiya, Türkiyə ilə insanlarımızın əlaqələri var, onların gediş-gəlişləri yaxşılaşdırılmalı, rahatlanmalıdır. Mən hesab edirəm ki, daha bir təhlükə yoxdur, qonşu ölkələrdə də pandemiya sona yetmək üzrədir. Məncə, sərhədləri açmaq olar. Payız vaxtına bəzi hallar təkrar olunmasa, artıq biz pandemiyadan qurtarmış sayılacağıq".

Milli Məclisin üzvü deyib ki, ölkədə karantinin müddətini uzatsalar da, quru sərhədləri müəyyən variantlarla açmaq olar:

"Karantini uzada, amma sərhədləri aça bilərlər. Sərhəddə tibb məntəqələri, yoxlamalar təşkil edə bilərlər. Yəni bunun variantları var. Sərhədi tam qapatmaq yox, yarıaçıq rejimə də keçirmək olar".

Qeyd edək ki, Azərbaycan 2020-ci ilin martından etibarən koronavirus pandemiyası ilə əlaqədar quru sərhədləri bağlayıb. Səfərlər 2 ildir ki, hava nəqliyyatı ilə reallaşır. Ölkədə yoluxma sayının azalması ilə əlaqədar bir çox məhdudiyyətlər aradan qaldırılsa da, hələ də quru sərhədlər qapalı qalıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahın yaydığı məlumata görə, 11 mayda koronavirus infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb. Aktiv xəstə sayı isə 70 nəfərdir. Qeyd edək ki, dünya mətbuatı da ölkəmizdəki yoluxma sayının azalması ilə bağlı materiallar dərc edb.

Milli.Az

40 000 AZN-dək krediti ONLAYN sifariş et!

Şərh yaz:

8 Şərh:

  • Anonim
    RuMi · 12 May 22:16160

    Bir seyden əmin deyilsizsə əminliklə danışmayın o haqda.xeber başlıqin görüb necə sevinib ardınca da her dəfə təsdiq olunmamış məlumatları oxuyub göylərdən yerə çırpılmış kimi hiss elədim özümü. Qürbətdə sərhəddin açılmasın gözləyən minlərlə soydaşımız var .mende 5 ildir getmirəm.nenelər nəvələrin arzulayır.

    Cavab yaz
    • Anonim
      Samire · 13 May 07:0220

      Niye acmirlar gören karona tutsalar teyarede lap tez tutarlar

      Cavab yaz
      • Anonim
        RuMi · 13 May 10:0330

        Aydın məsələdir ki, biletləri cammat məcbur baha qiymətə alır .buda qara cammatdan başqa hamısına sərf edir

        Cavab yaz
  • Anonim
    E.m · 13 May 11:1910

    Salam acilsinda serhedlermiz axi 4ildiailemi gormurem niye bele edirlerki her yeregedib gelmey olur birce bizim serhedler baqlidi niye axi

    Cavab yaz
  • Anonim
    E.m · 13 May 11:2011

    Her yer acildi bir bizim gumruklerden basqa 4ildi ailemi gormurem

    Cavab yaz
  • Anonim
    Seid · 13 May 11:4400

    Karona OYUNU helede bitirmirler. Pul olmadigindan serhedleri achirlar ki turistler pul getirsin. Qarabaq pulun hamsini yiyir.

    Cavab yaz
  • Anonim
    Amirali · 13 May 20:3400

    Bir tarix görmədim

    Cavab yaz
  • Anonim
    Amirali · 13 May 20:3500

    Tarix görmədim

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics