İçərişəhərdə keçirilən "KOB Fest" yarmarkasında 80-dən çox sahibkar iştirak edir.
Bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Sahibkarlar gününə həsr olunmuş "İqtisadiyyatın inkişafında sahibkarlığın rolu" konfransında deyib.
Onun sözlərinə görə, bu yarmarkanın İçərişəhərdə müntəzəm keçirilməsi planlaşdırılır.
"Azərbaycan məhsulu agentliyimizin dəstəyi ilə ölkə xaricində də fəal təşviq olunur", - O.Məmmədov deyib.
Milli.Az