İqtisadiyyat

Bayraktar: "Rusiya neftini dünya bazarında əvəz etmək çətin olacaq"

9 Mart 2022 14:36
1 Şərh     Baxış: 984
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna hadisələri ilə bağlı Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları dünya neft bazarına "dəhşətli" təsir göstərəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Türkiyənin enerji və təbii ehtiyatlar nazirinin müavini Alparslan Bayraktar RİA "Novosti"yə bildirib.

"CERAWeek" beynəlxalq enerji konfransı zamanı nazir müavinindən Qərbin Rusiyaya tətbiq etdiyi məhdudiyyətlərin qlobal neft bazarına təsirini qiymətləndirməsi xahiş olunub.

"Bu, dəhşətli olacaq", - deyə o bildirib.

Bayraktarın sözlərinə görə, koronavirus pandemiyasının tənəzzülü və qlobal iqtisadiyyatın bərpası fonunda ölkələrdən əksinə, neft hasilatını artırmaq tələb olunur.

"Rusiya neftini dünya bazarında əvəz etmək çox çətin olacaq. Rusiya dünyanın ən böyük neft istehsalçısıdır", - Bayraktar vurğulayıb.

O qeyd edib ki, ABŞ-ın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi məhdudiyyətlər digər ölkələr və regionlar da daxil olmaqla, zərərli təsir göstərəcək. Bayraktar bildirib ki, Türkiyə sabit enerji bazarında maraqlıdır.

Xatırladaq ki, martın 8-də ABŞ Rusiya neftinin, bir sıra neft məhsullarının, mayeləşdirilmiş təbii qazın (LNG) və kömürün idxalına qadağa qoyub. Böyük Britaniya da ilin sonuna kimi Rusiyadan neft və neft məhsulları idxalını dayandıracağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.