İqtisadiyyat

Avropada təbii qazın qiyməti 2000 dollara çatıb

3 Mart 2022 07:15
0 Şərh     Baxış: 605
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropada təbii qazın qiyməti martın 2-də birjada gündəlik ticarəti başa çatdıqdan sonra 1000 kubmetr üçün təxminən 2000 dollar səviyyəsində olub.

Bu barədə Londonun "ICE" birjasından bildirilib.

Qeyd olunub ki, bundan əvvəl gündüz saatlarında təbii qazın qiyməti 1000 kubmetr üçün 2 226 dollara çataraq tarixi rekordu qırıb.

Hollandiyanın "TTF" habında aprel fyuçerslərinin təbii qazın qiyməti günün sonunda 1000 kubmetr üçün 1997 dollara və ya MVt/saat üçün 174 avroya yüksəlib.

Ümumilikdə qazın gün ərzində qiyməti 43 faiz artıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.