İqtisadiyyat

Müharibədən sonra Rusiyanı nə gözləyir?

27 Fevral 2022 23:11
0 Şərh     Baxış: 3 186
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Rusiya SSRI dağılandan indiyə qədər qazandıqlarının bir hissəsini 2022-ci ildə, qalanlarını isə yaxın bir neçə ilə itirəcək. Rusiya təkcə enerji bazarından deyil, dünya iqtisadiyyatının tərkib hissəsindən qoparılacaq".

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu fikirləri iqtisadçı-ekspert Elman Sadıqov deyib. Ekspert vurğulayıb ki, dünya Rusiyadan bu qədər açıq təcavüz gözləmədiyi kimi, Rusiya da elan olunan sanksiyalar paketini gözləmirdi.
"Bu sanksiyalara dözəcək Rusiya bir müddət sonra daha çox aqrar ölkəyə çevriləcək. Bundan sonra Rusiya üçün ABŞ və Qərb qədər həm də öz oliqarxları təhlükəli olacaq. Müharibənin nəticəsi nə olur olsun, Rusiyanın maliyyə-iqtisadi itkiləri çox ağır olacaqdır. Müharibənin uzanıb-uzanmamasından asılı olmayaraq nəticələrinin təsirləri də uzunmüddətli qalacaqdır".

Rusiyanın "SWIFT" sistemindən çıxarılmağın ən son addım olduğunu bildirən Elman Sadıqov deyir ki, diqqətin "SWIFT" də olduğu bir vaxtda gözlənilmədən Rusiyanı əsas dörd rezerv valyuta ilə əməliyyatlardan kənarlaşdırıb əlindəki trilyon dolları da dondurmaq daha uğurlu addımdır. Hələ oliqarxlara qarşı sanksiyalar da tətbiq edilə bilərdi.

"Təəssüflə bildirim ki, bu hadisələrin bütün MDB dövlətlərinin iqtisadiyyatlarına birbaşa və dolayı olaraq mənfi təsirləri qaçılmazdır. Baş verənlərdən sonra digər MDB ölkələrinə nisbətən Azərbaycanın müqayisədə manevr imkanları daha çoxdur" deyə ekspert fikirlərini yekunlaşdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.