İqtisadiyyat

Ermənistanda zavod alınması ilə bağlı xəbərlərə SOCAR-dan reaksiya

22 Yanvar 2022 12:06
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

SOCAR Ermənistanda zavod alınması xəbərini təkzib edir.

Bununla bağlı şirkətdən daxil olan məlumatda deyilir:

"Bu cür absurd iddialar heç SOCAR-ın miqyası ilə də uzlaşmır. SOCAR - Azərbaycanın qlobal brendidir, Türkiyədə ən böyük xarici investor, Azərbaycan və Gürcüstan kimi ölkələrdə ən böyük vergi ödəyicisi, Avropada əməliyyatları olan bir şirkətdir, Cənub Qaz Dəhlizi kimi nəhəng beynəlxalq layihələrin aparıcı gücüdür. Bizim hansısa vilayətdə olan bir bitum sexinə ehtiyacımız yoxdur. Ermənistanda isə ümumiyyətlə heç bir marağımız yoxdur".

Qeyd edək ki, erməni KİV-lərində SOCAR-ın Ermənistanda bitum zavodu alması ilə bağlı xəbərlər yayılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory