"Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi ilə Azərbaycan Dövlət Akademik Filarmoniyasının "Gənclərə dəstək" layihəsinin 5 illik yubileyinə həsr olunmuş konserti keçirilmişdir.
Konsertdə respublika və beynəlxalq müsabiqələr laureatları, prezident təqaüdçüləri dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin müşayiəti ilə çıxış etmişdir: vokalçılar - Cəlal Kərimov, Nigar Cəlilova, Əli Muradov, Teymur Kazımov, Aytən Orucəliyeva, İntiqam Allahverdiyev, violin ifaçıları - Nəzgiz Hüseynzadə, Osman Mustafazadə , Özcan Cabbari, Surə Rüfət, tarzən - Nadir Quliyev; kamança ifaçısı - Hüseyn Nağıyev, violonçel ifaçıları - Vagif Qurbanov, Cəlalə İsmayılzadə; pianoçular - Camalə Abdinzadə, Aynur Abdullayeva, Əsgərli İqan Ümid, Zümrüd Əlizadə, Mehin Zalıyeva; klarnet ifaçısı - Asim Rzazadə.
Yubiley gecəsində tanınmış bəstəkarların əsərləri ilə yanaşı, gənc müəlliflər, layihə iştirakçıları Lalə Əhmədova və Yusif Abbasovun da əsərləri dirijor Orxan Həşimovun rəhbərliyi altında Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin ifasında səsləndirildi. Konsert proqramının sonunda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Lumineux" vokal ansamblının ifasında bəstəkar Pikə Axundovanın "Gənclərə dəstək" layihəsi üçün xüsusi bəstələnmiş himni ifa olundu (sözləri Aysel Kərimindir). Ansamblın bədii rəhbəri və dirijoru - Azərbaycan Respublikasının Əməkdar artisti Naala Barateliyadır.
Qeyd edək ki, "Gənclərə dəstək" layihəsinin əsas vəzifəsi ölkədə gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Bundan əlavə, məqsədləri: dünya və yerli musiqi mədəniyyəti ənənələrinin qorunub saxlanılması və inkişafıdır.
Layihə çərçivəsində təqdim olunan proqramlar müxtəlif zövqlərə malik çox geniş auditoriyaya - yüksək akademik üslubun bilicilərinə, muğam, caz, estrada, eləcə də xor musiqisi həvəskarlarına ünvanlanıb.
"Gənclərə dəstək" layihəsi Azərbaycan Dövlət Akademik Filarmoniyası-nın direktoru, xalq artisti, professor, tanınmış piano ifaçısı Murad Adıgözəlzadə,kordinator musiqişünas Ayla Kərimova-Zəkəriyyənin təşəbbüsü və Azərbaycan Respublkası Mədəniyyət Nazirliyinin dəstəyi ilə 15 noyabr 2016-cı ildə yaradılmışdır. Layihənin ilk konserti "Multikulturalizm ili" çərçivəsində keçirilmişdir. "Gənclərə dəstək" layihəsi çərçivəsində konsertlər mütəmadi olaraq hər ay bir neçə dəfə həm Filarmoniya həm də Kamera və Orqan Musiqi Zalının səhnəsində keçirilir.
Bu günə qədər keçirilən konsertlərin hər biri geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edir və rəğbətini qazanir. Layihədə iştirak etmək üçün, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının, A. Zeynallı adına Musiqi Kollecinin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, AMK tərkibində İncəsənət gimnaziyasının şagirdləri cəlb olunmuşdurlar. Layihənin hər bir konserti müxtəlif mövzulara həsr olunur
İnformasiya dəstəyi- Trend.az, Day.az, Milli.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Gənc istedadlar Fidan Hacıyevanın Beynəlxalq Opera Festivalının əhəmiyyətindən danışıblar - (Foto)
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Sumqayıtda ağır qəza - xəsarət alanlar var
-
Asena Keskincinin sinə dekoltesi müzakirə yaratdı - (Video)
-
İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? - (Video)
-
“Litvaya qarşı oyun planımız dəyişəcək” - Ayxan Abbasov
-
Çox yatırsınız? - Bu xəbəri diqqətlə oxuyun
-
"Kurtlar Vadisi"nin ssenaristi həbs edildi
-
Azərbaycan-ABŞ münasibətləri müzakirə olunub
-
Mahir Emreli üçün xoşagəlməz an - (Video)
-
"Kazım Kaşifoğlu" ifadə verdi - (Foto)
-
Azərbaycan millisi Tacikistanı məğlub edib - Yenilənib - (Video)
-
Kerem Bürsinin yeni sevgilisi - (Foto)
-
Eriksen gələcək karyerası ilə bağlı qərarını verdi
-
“A.B.İ.” final edir
-
Ərdoğan Nyu-Yorkda Paşinyanı qəbul edib - (Video)
-
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
-
Gülüstan Əliyeva toy fotosunu görüb ağladı - (Video)
-
Naxçıvanda nənə nikahdankənar doğulan körpə nəvəsini boğaraq öldürdü
-
Xocavənddə maşınlar toqquşdu - Xəsarət alanlar var
-
Vüsalənin yeni evi - (Video)
-
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib - (Foto/Video)
-
Vizasız səyahət Çin və Azərbaycan arasında əlaqələri gücləndirir - səfir
-
Oğlunun dəfninə gəlməyən, nazirin səfərə göndərməkdən imtina etdiyi xanəndə
-
BMT-yə üzv olan 51 ölkə Rusiyanı atəşkəsə çağırıb
-
Beyləqanda qəza - 4-ü İran vətəndaşı olmaqla 5 nəfər yaralandı





