Mədəniyyət

Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)

22 Sentyabr 2026 17:56
Baxış: 75
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Beynəlxalq Muğam Mərkəzində "Sazın səsi, sözün nəfəsi" layihəsi çərçivəsində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndələri Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ağbaba-Çıldır aşıq mühiti, onun zəngin sənət ənənələri, ustad-şagird münasibətləri, eləcə də yubilyar sənətkarların yaradıcılıqirsi haqqında söz açılıb.

Tədbiri giriş nitqi ilə akademik Abel Məhərrəmov açaraq bildirib ki, aşıq sənətinin görkəmli nümayəndələrinin xatirəsinin yad edilməsi, yubiley tədbirlərinin keçirilməsi mədəni irsimizin yaşadılması vəgələcək nəsillərə ötürülməsi məqsədi daşıyır. Daha sonra Aşıqİsgəndər Ağbabalının həyat və yaradıcılığına həsr olunmuş sənədlifilm nümayiş etdirilib.

Proqram çərçivəsində ustadnamə, saz havaları və aşıq ifaları təqdimolunub. Aşıq Məhəmmədəli Məşədiyev, Aşıq Əli Zeynalabdinov, Aşıq Xəqani Zeynalabdinov, Aşıq Familə Göyçəli, Aşıq RaminQarayev və digər sənətçilərin çıxışları tədbirə xüsusi rəng qatıb.

Tədbirdə AMEA Folklor İnstitutunun direktoru, filologiya elmlərdoktoru Hikmət Quliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Əməkdar jurnalist Səyyad Ağbabalı və digər ziyalılar çıxış edərək aşıqsənətinin milli-mənəvi irsimizdəki əhəmiyyətindən və yubilyarsənətkarların yaradıcılıq fəaliyyətindən bəhs ediblər.

Tədbirin ikinci hissəsində Aşıq Faxfur Ağbabalının 70 illik yubileyinəhəsr olunmuş qısametrajlı film nümayiş etdirilib. Sonda yubilyarsənətkara Azərbaycan Aşıqlar Birliyi və digər ictimai qurumlarıntəbrik məktubları təqdim olunub

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.