Mədəniyyət

Alim Qasımov muğamı Çexov festifalında səsləndirəcəcək

3 İyul 2021 09:56
Baxış: 1 113
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

A.Çexov adına XV Beynəlxalq teatr festivalında Xalq Artisti Alim Qasımov da çıxış edəcək. Moskvada keçiriəcək festivalda muğam ifaçımız Rusiya tamaşaçılarını  bu sənətin incəlikləri ilə tanış edəcək.

Festivalın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Moskva Beynəlxalq Evində iyulun 3-dən artıq "Dünya məhəbbət üzərində qurulub" kompoziyası çərçivəsində fars şairlərinin şerlərini eşitmək mümkündür. "Muğam Azərbaycanın ənənəvi mənəvi musiqisidir - ilahi məhəbbəti təqlin edir. Rus dilində bu mətnlərə Rimma Kazakova Yevgeni Yevtuşenkonun tərcümələrində görmək mümkündür" - deyə məlumatda bildirilib.

Qeyd edilib ki, muğamın dünyada ən gözəl ifaçısı kimi Alim Qasımov tanınıb. Sənətçinin özü bildirib ki, "qastrolları ilə bütün dünyanı gəzib. Muğam xoşbəxtlik musdiqisidir və onu Moskva tamaşaçısı ilə bölüşmək istəyirik".

Kamran Seyidov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.