Mədəniyyət

Azərbaycanda ilk dəfə olaraq genişmiqyaslı “Balet günləri” layihəsinə start verirlir - VIDEO

11 Oktyabr 2025 15:57
Baxış: 799
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ölkədə ilk dəfə olaraq genişmiqyaslı "Balet günləri" layihəsinə start verir.

Tədbirin şüarı bilavasitə layihənin konsepsiyasının arxasında dayanan dərin məna daşıyır: "Hərəkətlə yazılan tarix".

Bu təşəbbüs tamaşaçılara akademik səhnə ilə daha yaxından tanış olmağa və sənətsevərləri baletin füsunkar dünyasında birləşdirməyə imkan verəcək.

Balet günləri oktyabrın 15-də Heydər Əliyev Sarayında Fikrət Əmirovun "Min bir gecə" tamaşası ilə açılacaq.

Oktyabrın 15-dən noyabrın 11-dək davam edəcək silsilə tədbirlərə aşağıdakılar daxildir:

- milli balet sənətinin ən parlaq əsərlərinin tamaşaları;
- tanınmış balet artistlərinin iştirakı ilə ustad dərsləri;
- elmi konfrans və ictimai müzakirələr.
"Balet günləri" layihəsi akademik baletin klassik irsini müasir bədii yanaşmalarla birləşdirmək və milli mədəni dəyərlərə yeni nəfəs vermək məqsədi daşıyır.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.