Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Bakıda dahi bəstəkar Qara Qarayevin bir vaxtlar yaşadığı mənzilin 750 min manata satışa çıxarıldığına dair məlumatlar yayılıb.
Bəstəkarın qızı Qarayeva-Bağırova Züleyxa Qara qızı mənzil barədə yayılan xəbərləri "Qafqazinfo"ya təkzib edib:
"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkə səhifələrində "Qara Qarayevin yaşadığı mənzil satışa çıxarıldı" başlığı ilə yayılan məlumat tam həqiqəti əks etdirmir.
Bildiririk ki, xəbərdə adıçəkilən mənzil dahi bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Qara Qarayevin yaşadığı ev kimi təqdim olunsa da, bu məlumat tam dəqiq deyil.
Həmin mənzil bəstəkara dövlət tərəfindən 1950-ci illərdə verilmiş və Qara Qarayev burada bir neçə il yaşamışdır. Daha sonra bəstəkar başqa ünvana köçmüş, sözügedən mənzildə isə illər ərzində bir neçə ailə məskunlaşmış və sonradan mənzil satılmışdır.
Hazırda Qara Qarayevin əsl yaşadığı və yaradıcılığının mühüm dövrünü keçirdiyi mənzil Qara Qarayevin ev-muzeyi kimi fəaliyyət göstərir və dövlət tərəfindən qorunur. Muzeydə bəstəkarın şəxsi əşyaları, sənədləri, musiqi arxivləri və dəyərli eksponatları saxlanılır".
Onun sözlərinə görə, Qara Qarayevin sonuncu mənzili Bakı şəhəri, Bülbül prospekti 21 ünvanında yerləşib:
"Həmin binada bəstəkarın baraleyfi quraşdırılıb, yaxınlıqda isə onun adını daşıyan park salınıb. Yuxarıda qeyd olunanları nəzərə alaraq, yayılan məlumat tam dəqiq hesab edilə bilməz və ictimaiyyəti yanlış istiqamətə yönəldir. Media qurumlarından və sosial şəbəkə istifadəçilərindən xahiş olunur ki, bu kimi xəbərləri paylaşmazdan əvvəl məlumatın düzgünlüyünü yoxlasınlar və böyük sənətkarın irsinə hörmətlə yanaşsınlar. Qara Qarayevin adı və yaradıcılığı Azərbaycan mədəniyyətinin ən dəyərli sərvətlərindəndir və onunla bağlı istənilən məlumat məsuliyyət və dəqiqliklə ictimaiyyətə çatdırılmalıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
XƏBƏR LENTİ
-
Bahalı kremlərə ehtiyac yoxdur: 5 dəqiqədə hazırlanan təbii nəmləndirici
-
Soyuducudakı rəflərin əsl qaydası: Bildikləriniz yanlış ola bilər
-
Sonuncu fincan qəhvə üçün ideal vaxt açıqlandı
-
Televizoru söndürün, münasibətinizi gücləndirin: Ən xoşbəxt cütlüklərin 5 axşam vərdişi
-
DÇ-2026: İsveçrə Bosniya və Herseqovinanı darmadağın edib
-
Balıqdan daha çox Omega-3: Həm ucuz, həm də möcüzəvi bitki - pərpətöyün
-
AA və AAA batareyaları sən demə, gücü yox, ölçünü göstərirmiş
-
Ağdamda yol qəzasında yaralananların kimliyi açıqlanıb - Yenilənib
-
Müctəba Xamenei İran xalqına müraciət etdi
-
Elvin Azərbaycanın ən bahalı futbolçusu oldu - FOTO
-
Günün qoroskopu: İş həyatınızda yeni bir tempə daxil olursunuz
-
Yeni “iPhone 18 Pro”nun qiyməti açıqlandı
-
Tramp: İran heç vaxt nüvə silahı əldə etməyəcək
-
Sabah Bakı, Salyan və Masallının bəzi ərazilərində işıq olmayacaq
-
Moskvadakı ticarət mərkəzində iki Azərbaycan vətəndaşı yaralanıb
-
Astarada ağır qəza - ölən və xəsarət alanlar var
-
İlham Əliyevin sosial şəbəkə səhifələrində İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimindən görüntülər paylaşılıb (Video)
-
Cavan Zeynallının səhhətində problem yarandı
-
Bakı–Naxçıvan reysləri ləğv edildi
-
DÇ-26: Çexiya və CAR xalları bölüşdü
-
“Bakıda oğluma dəstək olmaq əvəzinə, divan tutdular” - Qənirə Ataşova
-
Ali Ağaoğlu 72 yaşında 6-cı dəfə ata olacaq
-
Elye Vai viza ala bilmədi, matçı buraxacaq
-
Xırdalan ciddi nəzarətə götürülməlidir: Kəmalə Ağazadədən çağırış





