Dünya

Ayı supermarketə girib iki nəfəri yaraladı

11 Oktyabr 2025 11:40
Baxış: 577
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Supermarketə girən ayı iki müştəriyə hücum edib.

Milli.Az xəbər verir ki, hadisə Yaponiyada, Numata şəhərində axşam saatlarında baş verib.

Nəticədə iki nəfər yüngül xəsarət alıb.

Polisin məlumatına görə mağazadakı təhlükəsizlik kamerası görüntülərində ayının təxminən 1,4 metr uzunluğunda olduğu görülüb. Hücum zamanı xəsarət alan 69 və 76 yaşlı iki kişi alıcıdan biri xəstəxanaya aparılıb.

"Məncə ayı çaşqın vəziyyətdə idi. Təxminən 10-15 dəqiqə mağazada qaldı, amma elə bil yemək axtarmırdı," - deyə mağazanın meneceri qeyd edib.

Hadisədən sonra ayı mağazadan qaçaraq izini itirib. Müvafiq qurumlar əhaliyə evdə qalmaq və diqqətli olmaq barədə xəbərdarlıq edib.

İsmayıl
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.