Supermarketə girən ayı iki müştəriyə hücum edib.
Milli.Az xəbər verir ki, hadisə Yaponiyada, Numata şəhərində axşam saatlarında baş verib.
Nəticədə iki nəfər yüngül xəsarət alıb.
Polisin məlumatına görə mağazadakı təhlükəsizlik kamerası görüntülərində ayının təxminən 1,4 metr uzunluğunda olduğu görülüb. Hücum zamanı xəsarət alan 69 və 76 yaşlı iki kişi alıcıdan biri xəstəxanaya aparılıb.
"Məncə ayı çaşqın vəziyyətdə idi. Təxminən 10-15 dəqiqə mağazada qaldı, amma elə bil yemək axtarmırdı," - deyə mağazanın meneceri qeyd edib.
Hadisədən sonra ayı mağazadan qaçaraq izini itirib. Müvafiq qurumlar əhaliyə evdə qalmaq və diqqətli olmaq barədə xəbərdarlıq edib.
İsmayıl
Milli.Az