ABŞ-da azyaşlılara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi qurmaq ittihamı ilə həbs olunan və 2019-cu ildə həbsxanada ölü tapılan Ceffri Epşteynlə bağlı yeni detallar açıqlanıb.
Milli.Az xəbər verir ki, Epşteynin qurbanlarından biri olduğunu bildirən Rina Oh mediaya açıqlamasında milyarderin Osmanlı İmperiyasına və xüsusilə Topkapı Sarayına xüsusi maraq göstərdiyini iddia edib.
Onun sözlərinə görə, Epşteyn tez-tez "hərəmxana planı"ndan bəhs edir, özünü "sultan" adlandırır və Topkapı Sarayının memarlığı, mədəniyyəti və tarixi ilə bağlı araşdırma aparmasını istəyirdi.
Rina Oh həmçinin bildirib ki, Epşteyn onu təhsil və karyera vədləri ilə manipulyasiya edib və uzun müddət psixoloji təsir altında saxlamağa çalışıb.
Qeyd edək ki, Epşteyn 10 avqust 2019-cu ildə Nyu-Yorkdakı həbsxanada ölü tapılıb.
Fidan
Milli.Az





