Şou-biznes

"Kıskanmak"da daha bir aktrisa - FOTO

12 Oktyabr 2025 00:13
Baxış: 1 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

NOW kanalında Nadim Güçün rejissorluğu ilə yayımlanan "Kıskanmak" serialı hər çərşənbə axşamı tamaşaçını ekran başına toplamağa davam edir. Verilən məlumata görə, 14 oktyabr çərşənbə axşamı yayımlanacaq yeni bölümə Mahir Günşiraydan sonra aktrisa Hande Dane də qonaq olacaq.

Milli.Az xəbər verir ki, son olaraq "Karadut" serialında rol alan Hande Dane, "Kıskanmak"da "Aslıhan" adlı obrazı canlandıracaq. O, Özgü Namalın canlandırdığı Seniha obrazının universitetdən dosent yoldaşı olaraq hekayəyə daxil olacaq və hadisələrin gedişatını dəyişəcək mühüm bir xarakter kimi seriala təsir edəcək.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.