Hadisə

Ağdamda avtomobillər “KamAz”a çırpıldı - Yaralılar var

11 Oktyabr 2025 21:59
Baxış: 826
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağdamda 2 minik avtomobili "KamAz"​la toqquşub.

Milli.Az xəbər verir ki, qəza Hindarx-Borsunlu avtomobil yolunun Quzanlıdan keçən hissəsində baş verib.

"VAZ 2106" və "Lada Xəzər" markalı avtomobillər hərəkətdə olarkən daşla yüklənmiş "KamAz"a çırpılıblar.

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Onlar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.