“Bookline” layihəsi yekunlaşdı - Kitaba aparan rəqəmsal yol - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Alternativ" Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bookline (Book Online) - Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması" layihəsi uğurla başa çatıb. Layihənin yekun tədbiri Səbael rayon MKS-nin Mərkəzi Kitabxanasında təşkil olunub.
Milli.Az xəbər verir ki, tədbirdə millət vəkili Elçin Mirzəbəyli, müxtəlif ali təhsil müəssisələrinin tələbələri, ictimai fəal gənclər və ədəbiyyat sevərlər iştirak ediblər.
Layihənin rəhbəri Jalə Sabirqızı çıxışında bildirib ki, "Bookline" ideyası oxu vərdişlərinin zəiflədiyi bir dövrdə kitabı yenidən gündəmə gətirmək məqsədi ilə yaranıb: "Biz bu layihə ilə göstərmək istədik ki, kitab yalnız kitabxanalarda deyil, rəqəmsal platformalarda da yaşaya və oxucu ilə yeni formada görüşə bilər."
Layihənin aparıcısı Leyla Səmədova çıxışında qeyd edib ki, "Bookline" onun kitabla olan münasibətinin səsə, görüntüyə çevrilmiş halıdır. "Bu layihə boyunca biz müəlliflərlə oxucular arasında məsafəni azaltdıq, kitab haqqında danışmağı daha canlı və əlçatan etdik. Bu müddətdə formalaşan mühit onu göstərdi ki, gənclərin ədəbiyyata marağı var, sadəcə doğru yanaşma və platforma lazımdır."
"Bookline"nın ilk həmsöhbəti olan millət vəkili, şair, ictimai fikir adamı Elçin Mirzəbəyli isə mütaliənin cəmiyyətin inkişafındakı roluna diqqət çəkərək bildirib ki, kitab oxumayan toplum düşünən, analiz edən və qərar verən cəmiyyətə çevrilməkdə çətinlik çəkir: "Oxu mədəniyyəti yalnız fərdi inkişaf məsələsi deyil, bu, birbaşa olaraq cəmiyyətin intellektual səviyyəsini müəyyənləşdirən əsas amillərdəndir. Belə təşəbbüslər gəncləri kitaba yaxınlaşdırmaqla yanaşı, onların dünyagörüşünün formalaşmasına ciddi töhfə verir."
Digər çıxış edənlər layihənin əhəmiyyətindən bəhs edərək qeyd ediblər ki, "Bookline" müasir dövrdə azalan mütaliə vərdişlərinin yenidən canlandırılması, kitabın gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi baxımından mühüm təşəbbüslərdən biri olub. Layihə çərçivəsində təşkil olunan podkastlar, müzakirələr və onlayn platforma vasitəsilə oxucularla müəlliflər arasında birbaşa ünsiyyət qurulub, gənclərin ədəbiyyata marağı artırılıb. Bildirilib ki, "Bookline" yalnız bir layihə kimi deyil, həm də davamlı bir oxu mədəniyyəti hərəkatı kimi yadda qaldı. Müxtəlif janrları əhatə edən müzakirələr, tanınmış yazıçı və şairlərin iştirakı ilə keçirilən görüşlər iştirakçılar üçün yeni baxış bucaqları yaradıb. Həmçinin, layihə müddətində əldə olunan nəticələr yüksək qiymətləndirilərək, bu cür təşəbbüslərin davamlılığının vacibliyi vurğulanıb.
Qeyd edək ki, "Bookline" layihəsinin əsas məqsədi rəqəmsal alətlərin imkanlarından istifadə etməklə mütaliə mədəniyyətinin təşviqi, xüsusilə gənclər arasında oxu vərdişlərinin formalaşdırılması və inkişaf etdirilməsi olub.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
-
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
-
“Temu” bağlamaları buna görə GECİKİRMİŞ
-
“Bookline” layihəsi yekunlaşdı - Kitaba aparan rəqəmsal yol - FOTO
-
Azərbaycanda süd məhsulları BAHALAŞIR? - SƏBƏB
-
Bəzi kişilərin nişan üzüyü taxmamağının səbəbi bu İMİŞ
XƏBƏR LENTİ
-
Türkiyədə bu şəxslərin yaşayış icazələrinin qiyməti ARTDI
-
İctimai nəqliyyatda ödənişlərlə bağlı YENİLİK
-
Cərimələr sərtləşir - Müqavilə qaydaları dəyişdi
-
"Kiçik qızıma elçi çıxıblar"
-
Məşhur müğənni konsertindən sonra güllələndi - FOTO
-
"Neftçi" - "Qarabağ" matçına hakim təyinatları açıqlanıb
-
Xəzərdə balıq ovu tam dayandırılır - TARİX
-
"Peşmanam ki, niyə EVLƏNMƏDİM"
-
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı arasında Əməkdaşlıq Sazişi təsdiqlənib
-
Kəmaləddin Heydərov Özbəkistanda səfərdədir
-
“Kiçik Dəniz Küçəsi” silsilə konsertləri çərçivəsində keçirilən IV konsert uğurla baş tutdu - FOTO
-
"Komedixana"nın aktrisası özünə yeni iş TAPDI
-
Bakıda avtomobillərdən oğurluq edən iki nəfər saxlanılıb - VİDEO
-
“Temu” bağlamaları buna görə GECİKİRMİŞ
-
“Bookline” layihəsi yekunlaşdı - Kitaba aparan rəqəmsal yol - FOTO
-
“Lənkəranski”nin yaxın dostu beynəlxalq axtarışa VERİLDİ
-
"İlk Zaurun verilişinin bağlanmasını GÖZLƏYİRDİM"
-
CineMastercard-da “İblis Prada geyinir 2”: dəb və yüksək ambisiyalar dünyasına dönüş - VİDEO
-
Bu şəxslər də gömrük daşıyıcısı ola biləcək - Yeni dəyişiklik
-
Azərbaycanda süd məhsulları BAHALAŞIR? - SƏBƏB
-
Tutuquşular insan adlarını necə yadda saxlayır?
-
Bəzi kişilərin nişan üzüyü taxmamağının səbəbi bu İMİŞ
-
Bəylə gəlinin zarafatı maraq yaratdı - VİDEO
-
Ev heyvanları ilə bağlı vacib XƏBƏRDARLIQ: Səbəb tükdür?





