Şou-biznes

Ağır günlər keçirən məşhur aktyorun son görüntüləri yayıldı - FOTO

11 Oktyabr 2025 22:45
Baxış: 926
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Son zamanlar yaşadığı sağlamlıq problemləri ilə gündəmə gələn məşhur aktyor Ufuk Özkan keçirdiyi qəfil narahatlıq səbəbi ilə reanimasiyaya yerləşdirilmişdi. Bir müddət xəstəxanada qalan aktyor səhnəyə geri dönür.

Milli.Az xəbər verir ki, "Geniş Aile" serialındakı "Cevahir" obrazı ilə tanınan 50 yaşlı Ufuk Özkana iki il əvvəl serroz diaqnozu qoyulmuşdu. Bir neçə gün əvvəl evində halı pisləşən aktyor təcili olaraq xəstəxanəyə aparılıb və intensiv terapiya şöbəsində müalicə olunub.

Keçirdiyi çətin günləri geridə qoyan Ufuk Özkan üç mövsümdür rol aldığı teatr tamaşası ilə yenidən səhnəyə çıxıb. Tamaşadan sonra rol yoldaşları ilə çəkdirdiyi fotoşəkili sosial media hesabında paylaşaraq pərəstişkarlarına salam göndərib.

Lalə Qüdrətova
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.