Fransaya qarşı mübarizədə Bəhlul Mustafazadə – komandanın yeni "Qladiator"u
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan müdafiəsi nəhayət formalaşır - Mustafazadənin liderliyi, Mbappenin dayandırılması və gələcəyə İNAM
Dünən Azərbaycan millisi Fransa kimi nəhəng bir rəqib qarşısında meydanda qorxmadan dayandı və xüsusilə müdafiə xəttində sərgilənən inamlı çıxış diqqət çəkdi. Bu oyun Azərbaycan futbolu üçün bir dönüş nöqtəsi ola bilər.
Fransa ilə keçirilən matçda Azərbaycan millisi meydanda təkcə "qarşıdurma" oyunundan çıxmadı - müdafiədə sarsılmaz dayandı. Rəqibin dünya ulduzlarına qarşı belə möhkəm dayanmaq asan deyil, amma komanda bu dəfə həm hücumda, həm də müdafiədə ciddi dəyişiklik göstərdi.
Əvvəlki dövrlərdə əcnəbi mütəxəssislərlə nə hücumda, nə də müdafiədə sabitlik görünürdü. Komanda istər koordinasiya, istərsə də taktiki baxımdan sistemsizlik yaşayırdı. Amma bu dəfə həm fərdi bacarıq, həm də kollektiv oyun yeni bir mərhələyə keçid etdiyimizi göstərdi.
Xüsusi olaraq Bəhlul Mustafazadəni (millinin "qladiatoru" adını vermək artıq yerində olardı) ayrıca qeyd etməsəm olmaz. O, sadəcə müdafiəçi deyildi. Meydanda həm lider, həm də psixoloji dayaq idi. Xüsusilə Bəhlul Mustafazadə bu qarşılaşmada parlayan futbolçulardan biri oldu. O, meydanda yalnız fiziki müdafiəçi yox, həm də ruhun təmsilçisi idi. Çətin anlarda reaksiyası, oyunu oxuma bacarığı və liderliyi ilə komandanın arxa xəttində sabitlik yaratdı. Onun sayəsində Fransa hücumçuları, xüsusən də dünya futbolunun superulduzu Mbappe oyunda istədiyini edə bilmədi.
Oyunun gedişindən - analitik QİYMƏT
Komanda rəqiblə savaşdı. Fransa kimi nəhənglə qarşılaşarkən "müdafiədə durmaq" anlayışı daha önəmli olur - amma bu, yalnız dayanmaq demək deyil, çılğın presinqə, rəqibin hücum xəttinə qarşı güclü qarşı reaksiyalara da bərabərdir.
Komanda elə bir şəkil aldı ki, hazırda əcnəbi mütəxəssis illərində müdafiədə sabit görünmürdü. Həmin dövrlərdə nə hücum, nə müdafiə sistematik idi. İndi isə biz son iki beynəlxalq oyunu nəzərə alsaq, "müdafiə komandamız var", - deyə bilərik.
Taktiki baxış: dayanan yox, savaşan komanda
Hücum xəttimiz rəqibin qapıçısını "yuxulatsa" da, qarşı tərəfin superulduzu Mbappenin yığmada Olivyenin rekordunu yeniləyib bombardir olmaq arzularını gözündə qoyduq. Yəni, hücumda bir neçə çatışmazlıq ola bilər, amma müdafiədə demək olar ki, "nöqsansız" görünən oyun təqdim etdik. Və bu müdafiə xəttinin mərkəzində Bəhlul Mustafazadə dayanırdı.
Bəhlul Mustafazadə bu kontekstdə həm taktiki komandir, həm son xəttin qarantı rolunu gördü. O, oyunun kritik anlarında səhvlərə yol vermədi, əlaqəni qoparmadı və özünü cəsur şəkildə meydanda hiss etdirdi.
"Qarabağ" karyerasında çıxışı və təcrübə
Bəhlul 2021-ci ildən etibarən "Qarabağ" komandasında çıxış edir.
O, "Qarabağ"ın mövqeləndirdiyi müdafiə strukturunda əsas dayaqlardan biridir. Klubu ilə bir neçə çempionluq və stabil çıxışlarda mühüm rol oynamışdır. Bəhlulun klub səviyyəsindəki çıxışı da onun millidəki uğurunun təməlidir. Mustafazadə klubunda da müdafiənin əsas dayaqlarından birinə çevrilib. 2023-cü ildə klub onunla müqaviləni 2027-ci ilə qədər uzadaraq bu etimadı bir daha göstərdi.
"Qarabağ"da qazandığı avrokubok təcrübəsi, yüksək səviyyəli oyunlarda sərgilədiyi özünəinam, onun milli komanda üçün nə qədər vacib bir oyunçuya çevrildiyini sübut edir.
Statistik baxış - faktlar nə deyir?
Milli komanda (Azərbaycan):
Oyun sayı: 28
Qol: 1
Klub səviyyəsində isə (Qarabağ FK):
Oyun sayı: 80+
Qol: 3
Çempionluq: Dəfələrlə Azərbaycan Premyer Liqasının qalibi
Avrokubok təcrübəsi: UEFA Konfrans, Avropa Liqasında və Çempionlar Liqasında çıxışlar
Əvvəlki klublar:
Qəbələ: 23 oyun, 1 qol
Sumqayıt: 23 oyun, 2 qol
Sabah FK: 37 oyun, 3 qol
Sonda qeyd edə bilərəm ki, müdafiədən gələn ümid Azərbaycan millisi üçün bu matç, təkcə nəticə baxımından deyil, oyun anlayışı və komanda kimliyinin formalaşması baxımından da önəmli idi. Və bu kimliyin arxasında duran əsas simalardan biri artıq bəllidir - Bəhlul Mustafazadə və təbii ki millimizin yeni baş məşqçisi Ayxan Abbasov.

Müdafiəçimiz millidə "Qladiator" obrazına çevrilir. Və bu gün Azərbaycan futbolu üçün ən çox ehtiyac duyulan şey, elə bu cür liderlərdir.
İndi bizim üçün vacib olan, hücum xəttində bu balansı tamamlayan ideya tapmaqdır, amma belə müdafiə ilə qarşımıza kim çıxsa, dayana bilərik.
TURAL
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
XƏBƏR LENTİ
-
Unsuz kokoslu peçenye resepti
-
Bu ölkə parçalana bilər
-
“Süni intellekt gəlirimizi azaldır, buna son qoymalıyıq“ - Rafet El Roman
-
HR mütəxəssisi: 'Müsahibədə bu sözü deyənləri dərhal işə götürürük'
-
Yataraq 2 milyon qazanacaqlar
-
Günün qoroskopu: Alacağınız xəbər əhvalınızı birdən-birə yüksəldəcək
-
“Xaricilər gəlir, 1 milyon pul aparır, amma bizimki 40 min götürə bilmir“ - Elcan Rəsulov - (Video)
-
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
-
Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
-
Kıvançın evində xidmətçi damdan yıxıldı - reanimasiyadadır
-
"Bavariya" səfərdə qalib gəldi - (Video)
-
"Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
-
İstanbulda avtobus yandı - ölən və yaralananlar var - (Foto/Video)
-
Arda Gülər sevgilisi ilə “Formula-1”də - (Video)
-
Yasamal və Xəzərdə işıq olmayacaq
-
Mançester derbisini “Siti” qazanıb - (Video)
-
"Beşiktaş" "Flamenqo"nun futbolçusunu icarəyə götürəcək
-
"Kurtlar Vadisi Pusu"nun ssenaristləri ifadə verəcəklər
-
Anant Ambani dünyanın ən bahalı saat kolleksiyasına sahibdir - (Foto)
-
“Təmiz qolumuz sayılmır, qapımıza gülünc penalti təyin olunur” - (Video)
-
Tramp hər gün nəsə deyir, əmin deyilik - Pezeşkian
-
Premyer Liqanın V turunda "Zirə" və "Qarabağ" heç-heçəyə razılaşıb - Yenilənib
-
Bu dəfə də Xuraman Şuşalını aldatmaq istədilər - (Foto)
-
Dünyanın 50 ən nüfuzlu yəhudisi: Zelenski də siyahıdadır





