Amerika

Xərçəngdən müalicə olunur

12 Oktyabr 2025 00:25
Baxış: 297
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

ABŞ-nin keçmiş Prezidenti Co Baydenə may ayında prostat xərçəngi diaqnozu qoyulub və o, hazırda radioterapiya və hormon müalicəsi kursu keçir.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sabiq Prezidentin sözçüsü məlumat yayıb.

"Prezident Bayden prostat xərçəngi üçün müəyyən olunan müalicə planı çərçivəsində radioterapiya və hormon terapiyası alır", - deyə açıqlamada bildirilib.

Xatırladaq ki, C. Bayden may ayında xəstəliyi barədə ictimaiyyətə açıqlama vermişdi. 83 yaşına daxil olmağa hazırlaşan eks-prezident sentyabr ayında dəri xərçənginə görə "Mohs" üsulu ilə əməliyyat olunmuşdu.

Milli.Az
 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.