Dünya

“Əl-Cəzirə”nin canlı efirinə siçovul girdi - VİDEO

11 Oktyabr 2025 22:32
Baxış: 1 237
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Əl-Cəzirə"nin canlı efirində gözlənilməz hadisə baş verib. Aparıcı efirdə xəbər oxuduğu anda siçan studiya masasına çıxıb. 

Milli.Az xəbər verir ki, hadisə tamaşaçılar arasında böyük təəccüb yaradıb. Sosial mediada videonun süni intellekt və ya montajla hazırlanmış ola biləcəyi iddiaları irəli sürülüb. Rəqəmsal effektlərin inkişafı belə şübhələri daha da gücləndirib.

Bəzi mənbələr isə videogörüntülərin real ola biləcəyini bildirir. London haqqında yayımlanan hesabatlara görə, şəhərdə təxminən 2,5 milyon siçan olduğu deyilir. Bu rəqəm 9 milyon əhalisi olan şəhər üçün ciddi narahatlıq yaradan statistikadır.

Hadisə ilə bağlı "Əl-Cəzirə" hələlik heç bir rəsmi açıqlama verməyib. Bu səbəbdən sosial mediada videonun həqiqiliyi ilə bağlı mübahisələr davam edir.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.