Mədəniyyət

Xalq artisti Ramiz Quliyevin VƏZİYYƏTİ AÇIQLANDI: "Şüurunun tam bərpa olunması lazımdır"

11 Oktyabr 2025 17:43
Baxış: 453
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Yavaş-yavaş şüuru bərpa olunur. Çünki uzun müddətdir yuxulu vəziyyətdə idi. Gözləyirik nəfəs aparatından azad olunsun ki, həm rahat ünsiyyət qura, danışa bilək, həm də ki, ciyərləri tam olaraq funksiyalarını yerinə yetirsin".

Milli.Az xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Xalq artisti, tarzən Ramiz Quliyevin oğlu, Əməkdar artist Əyyub Quliyev deyib.

O qeyd edib ki, Ramiz Quliyevin müalicəsi bu gün də reanimasiyada davam etdirilir.

"Ciyərləri tam olaraq funksiyalarını yerinə yetirməsi üçün isə şüurun tam bərpa olunması lazımdır ki, rahat nəfəs ala bilsin. Hələ ki, bunlar aparat vasitəsilə görülür. Ağciyərində virus azalmağa doğru gedir, ümumi nəticə yaxşıdır. Böyrəklər də yavaş-yavaş da olsa funksiyalarını bərpa edir. Günaşırı dializ olunur. Sonda məlum olacaq ki, böyrəklər üçün gələcəkdə nələr tələb olunur. Yəni daimi dializ də oluna bilər, dializ olunmaya da bilər.

Böyrəklər funksiyalarını yerinə yetirməyə başlayandan sonra baxacaqlar, əgər hər şey normal gedərsə, ola bilər ki əlavə prosedurlara ehtiyac qalmasın. Ciyərlər bərpa olunsa, gələn həftəyə evə buraxıla bilər. Amma hələ ki, həkimlər dəqiq bir şey deməyiblər", - deyə Ə.Quliyev vurğulayıb.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın sonunda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.