Cəmiyyət

Narkotik həkimi bu hala qoydu: "Güzgüdə özümə baxa bilmirəm" - VİDEO

26 Noyabr 2025 12:14
Baxış: 216
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayılan son görüntülər sosial mediada böyük üzüntü yaradıb.

Milli.Az xəbər verir ki, məlumata görə, qadın 34 yaşında narkotik vasitələrdən istifadə etməyə başlayıb. Zamanla asılılıq dərinləşib və o, həm sağlamlığını, həm də peşə fəaliyyətini itirib.

Keçmiş həkim göz yaşları içində həyat hekayəsini danışaraq, bu yola düşdüyünə görə peşman olduğunu bildirib. O, insanları narkotikdən uzaq durmağa, belə zərərli vərdişlərin həyatları necə məhv etdiyini görərək nəticə çıxarmağa çağırıb.

Qadının əvvəlki sağlam və gümrah halından əsər-əlamət qalmayıb.Hazırda o, müalicə və reabilitasiya prosesinə cəlb olunub. Sosial şəbəkələrdə yayılan görüntülər və açıqlamalar cəmiyyətdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.