Bərdə Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Samux kənd həkim məntəqəsinin müdiri, uzun illər bölgənin səhiyyə sistemində çalışmış Əliyeva Sərfinaz Alı qızı vəfat edib.
Milli.Az ajans.az-a istinadən xəbər verir ki, Sərfinaz Əliyeva 1957-ci ildə Goranboy rayonunun Xanqərvənd kəndində anadan olub.
O, 1974-1981-ci illərdə Azərbaycan Tibb Universitetinin pediatriya fakültəsində təhsil alıb, daha sonra Mingəçevir Birləşmiş Uşaq Xəstəxanasında internatura keçib.
1982-1990-cı illərdə Samux kənd xəstəxanasında həkim-pediatr, 1990-2010-cu illərdə isə həmin xəstəxananın baş həkimi vəzifəsində çalışıb. 2010-cu ildən Samux kənd tibb məntəqəsinin müdiri kimi fəaliyyət göstərirdi.
Sərfinaz Əliyeva Azərbaycan səhiyyəsinə göstərdiyi xidmətlərə görə dəfələrlə təltif olunmuşdu. Allah rəhmət eləsin.
Milli.Az





