İdman

“Mbappeyə dedim ki, “zamen” istə, sən də rahat ol, biz də...” - VİDEO

11 Oktyabr 2025 15:46
Baxış: 493
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Yığmamızın futbolçusu Elvin Bədəlov ötən gün DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyunda Mbappe ilə dialoqundan danışıb. 

Milli.Az xəbər verir ki, bu barədə o qafqazinfo.az-a açıqlama verib. 

Futbolçu ondan zədəsini soruşduğunu bildirib: "Əslində zədə ilə bağlı ondan əvvəl də söhbətləşirdik. Elə oldu ki, ayağı ağrıdı. Ona dedim ki, ağrıyırsansa, əvəzetmə istə, sən də rahat ol, biz də. Cavab verdi ki, "ağrım var, bir azdan əvəzetmə istəyəcəyəm". Başqa söhbət olmayıb".

Xatırladaq ki, futbolçuların dialoquna dair görüntülər ötən gündən bəri müzakirə mövzusuna çevrilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.