Dünyanın ən soyuq yeri: Temperatur -98 dərəcəyədək enir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Alimlər bildiriblər ki, Yer üzərində indiyə qədər ölçülmüş ən aşağı təbii temperatur göstəriciləri Şərqi Antarktida Platosunda qeydə alınıb. Buz örtüyünün ən yüksək nöqtələrində, dəniz səviyyəsindən 3 800-4 050 metr yüksəklikdə temperaturun qeyri-adi dərəcədə aşağı düşdüyü müəyyən edilib.
Milli.Az xəbər verir ki, dünyanın ən soyuq nöqtəsi kimi tanınan Şərqi Antarktika Platosunda 23 iyul 1983-cü ildə Vostok stansiyasında hava temperaturu -89,2 dərəcə qeydə alınmışdı. Lakin yeni peyk məlumatları temperaturun bunun da altına düşdüyünü göstərib.
Kolorado Universitetinin Milli Qar və Buz Məlumatları Mərkəzinin tədqiqatçıları 2004-2016-cı illər arasında əldə edilmiş peyk görüntülərini araşdıraraq bəzi bölgələrdə qütb gecələrində temperaturun -98 dərəcəyədək endiyini aşkarlayıblar. Bu göstərici Yer üzündə qeydə alınmış ən aşağı təbii temperatur dəyərlərindən biridir.
Ən aşağı temperaturların məhz buz örtüyünün ən yüksək nöqtələrində müşahidə olunduğu təsdiqlənib. Mütəxəssislərin fikrincə, bu ekstremal soyuqlar Antarktidanı əhatə edən güclü qütb girdabının təsiri ilə yaranır. Bu girdab sanki görünməz divar kimi soyuq havanı bölgənin içərisində saxlayır və onun yayılmasına imkan vermir.
Alimlər qeyd ediblər: "Bunlar təbiətin yaratdığı ən aşağı temperaturlardır. Laboratoriya şəraitində isə bundan daha aşağı dəyərlər əldə etmək mümkündür."
Fizikada "mütləq sıfır" kimi tanınan -273,15 dərəcəyə çatmaq mümkün olmasa da, alimlər bu həddə maksimum yaxınlaşmağı bacarırlar.
2021-ci ildə alman tədqiqatçılar qazı 38 pikokelvin (yəni mütləq sıfıra inanılmaz dərəcədə yaxın) səviyyəsinə qədər soyudaraq laboratoriya tarixinin ən aşağı temperatur dəyərini əldə ediblər. Təcrübədə təxminən 100 min rubidium atomu 110 metrlik qüllədən manyetik tələ ilə buraxılıb. Bu prosesdə atomlar genişlənərək daha da soyuyub və Bose-Einşteyn yoğuşması adlanan kvant vəziyyətinə keçiblər.
Bu temperaturlar insanların hiss edə biləcəyi soyuq deyil, lakin atomların demək olar ki hərəkətsizləşdiyi, maddənin klassik fizikadan çıxıb kvant qanunları ilə davrandığı xüsusi bir mühit yaradır.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır
-
Azərbaycanda qızılın 1 qramı 260 manata təklif olunur
-
Ziraat Bank Azərbaycan “Zəfər Günü” münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib - (Foto)





