Mədəniyyət

15 aydan sonra teatrda... - FOTO

2 İyul 2021 19:42
1 Şərh     Baxış: 1 259
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazirlər Kabineti yanında Operativ Qərargahın 14 mart 2020-ci il qəbul etdiyi qərara əsasən teatrların fəaliyyəti dayandırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 15 aydır səhnəsi boş qalan Akademik Milli Dram Teatrının aktyorları bu gün bir araya gəlib. Onlar həmin anın fotolarını sosial media hesablarında paylaşıblar. Fotolarda Xalq artisti Nurəddin Mehdixanlı, Məleykə Əsədova, Firəngiz Mütəllimova, Hacı İsmayılov yer alıb.

Əməkdar artist Sənubər İsgəndərli həmkarları ilə birgə yer aldığı şəkillərə "Doğma teatrda, doğma insanlarla. İnşallah teatr mövsümündə görüşərik" qısa şərhini qeyd edib.

Əməkdar artist Anar Heybətov isə teatrsız aktyorun susuz balıq kimi olduğunu bildirərək, tezliklə səhnəyə qayıtmaq istədiklərini qeyd edib:

"İnşallah yeni mövsümdən teatrlarımız açılar və sizinlə yenidən görüşərik, əziz tamaşaçılar".

Qeyd edək ki, bu gün mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.