Mədəniyyət

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsilib - FOTO

2 İyul 2021 17:12
0 Şərh     Baxış: 1 806
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün "Azərxalça"nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

"Azərxalça"dan Milli.Az-a verilən məlumata görə, Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün "Azərxalça"nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.