Türkiyə

Türkiyədə beş jurnalistin ölkədən çıxışına qadağa qoyuldu - YENİLƏNİB

7 Noyabr 2025 00:54
Baxış: 1 072
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Respublika Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı apardığı təhqiqat çərçivəsində ifadələri alınan jurnalistlər - Soner Yalçın, Yavuz Oğhan, Şaban Sevinç, Batuhan Çolak və Ruşen Çakırın ölkədən çıxışlarına qadağa qoyulub.

Milli.Az xəbər verir ki, jurnalistlərə məhkəmə nəzarəti tədbiri tətbiq olunub və onlar sərbəst buraxılıblar.

Qeyd edək ki, sözügedən jurnalistlər "İmamoğlu işi" ilə bağlı saxlanaraq ifadələri alınmışdı.

----------

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində altı tanınmış jurnalist - Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak - şübhəli şəxs qismində ifadə verməyə çağırılıb.

Milli.Az xəbər verir ki, səhər saatlarında polis qrupları Şaban Sevinç, Yavuz Oğhan, Soner Yalçın və Batuhan Çolakın evlərinə gedib və onları İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinə aparıb. Onların mobil telefonları müsadirə edilib.

Jurnalistlərə qarşı "yalan məlumat yaymaq" və "cinayətkar təşkilata kömək etmək" ittihamları irəli sürülüb. İstanbul Baş Prokurorluğu açıqlamasında bildirib ki, ifadələr polis idarəsində alınacaq və hazırda heç bir jurnalist barəsində həbs qərarı verilməyib.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.