Türkiyədə jurnalistlərə qarşı əməliyyat - 6 nəfər saxlanıldı

6 Noyabr 2025 11:22

İstanbul Böyükşəhər Bələdiyyəsində aparılan korrupsiya istintaqı çərçivəsində altı tanınmış jurnalist - Soner Yalçın, Şaban Sevinç, Aslı Aydıntaşbaş, Ruşen Çakır, Yavuz Oğhan və Batuhan Çolak - şübhəli şəxs qismində ifadə verməyə çağırılıb.

Milli.Az xəbər verir ki, səhər saatlarında polis qrupları Şaban Sevinç, Yavuz Oğhan, Soner Yalçın və Batuhan Çolakın evlərinə gedib və onları İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri Şöbəsinə aparıb. Onların mobil telefonları müsadirə edilib.

Jurnalistlərə qarşı "yalan məlumat yaymaq" və "cinayətkar təşkilata kömək etmək" ittihamları irəli sürülüb. İstanbul Baş Prokurorluğu açıqlamasında bildirib ki, ifadələr polis idarəsində alınacaq və hazırda heç bir jurnalist barəsində həbs qərarı verilməyib.

Fidan
Milli.Az