Kilosu 33 000 manatdır - “Qızıl dəyərində” ədviyyat
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qızıl ilə yarışan ədviyyat" kimi tanınan zəfəranın bu ilki yığımı başlayıb. Bu mövsümdə zəfəranın kilo qiymətinintəxminən 33 min manata qədər yüksələcəyi gözlənilir.
Milli.Az xəbər verir ki, zəfəranın bu qədər baha olmasının əsas səbəbi onun çox çətin və əziyyətli istehsal prosesidir.
Zəfəranın hər bir çiçəyindən cəmi 3 tel (stigma) alınır. Buna görə də məhsul qramla satılır. Məsələn, 7 min kvadrat metr sahədən ən çoxu 3 kiloqram zəfəran əldə etmək mümkündür.
İstehsal prosesi tamamilə əl ilə aparıldığı üçün həm vaxt, həm də zəhmət tələb edir.
Zəfəran uzun illərdir:
- Qastronomiya və yemək sənayesində
- Təbabətdə və dərman preparatlarında
- Kosmetika sahəsində
- Tekstil sektorunda təbii boya kimi geniş istifadə olunur.
İstehsalçılar zəfəranı həm də şəfa verən bitki kimi xarakterizə edir. Sinirləri sakitləşdirmə və təbii antidepresan təsiri olduğu bildirilir.
Zəfəran yetişdirən Ateş Kazımlı bildirir: "Zəfəran bir çox sahədə işlədilir. Yeməkdə, dərmanlarda, kosmetikada istifadə olunur. Sinirləri sakitləşdirir, təbii rahatladıcı təsir göstərir. Zəhməti çox olduğuna görə bahalı görünür, amma əslində dəyərinə görə ucuzdur."
Başqa bir istehsalçı Tayfun Çakırlar isə qeyd edir: "Bu məhsul kilo ilə deyil, tel ilə istifadə olunur. Bir fincan çaya 2 tel kifayətdir. Hər çiçək əl ilə yığılır. Buna görə qiymət yüksəkdir və bu tamamilə təbiidir."
İlk il əkilən 100 kilo zəfəran soğanından təxminən 400 qram hazır məhsul alınır. İkinci ildə məhsuldarlıq ikiqat artır. Keyfiyyət isə əsasən:
- Yığım vaxtına
- Qurudulma prosesinə
- Saxlanma şəraitinə görə müəyyən edilir.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Məşhur aktyor metroda gecələdi - (Foto)
-
Neymardan sonra bunu bacaran ilk futbolçu oldu
-
Kəmalə Günəşli canlı ifası ilə müzakirə yaratdı - (Video)
-
“Görmüşəm ki, xanım sənətçini qolundan tutub səhnədən aşağı endiriblər”
XƏBƏR LENTİ
-
Kəmaləddin Heydərovdan yeni təyinatlar
-
Rəşad İlyasov Firuzə İbadovanın evinə gedib, onunla mahnı oxudu - (Video)
-
“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir - (Foto)
-
Qaz plitəsi, kombi və su qızdırıcıları istifadə edənlərin nəzərinə: 6 gün sonra yeni qaydalar qüvvəyə minir
-
Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi
-
Məhkumlar nə vaxt həbsdən azad edilə bilər?
-
DanceAbility Azerbaijan “Sərhədsiz uçuş” inklüziv multidissiplinar sərgisini təqdim edir - (Foto)
-
Fazil Əliyev vəfat etdi
-
Zelenski Türkiyədə səfərdədir
-
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq
-
Azərbaycan XİN-dən Feridun Sinirlioğlu açıqlaması
-
Türkiyədə zəlzələ oldu
-
“Yaddaşdan ötə” sərgisində Faiq Əhməd və Fərid Rəsulovun xalça kolleksiyaları təqdim olunur - (Foto)
-
Gəncədə 18 minlik qızıl oğurlayan şəxs saxlanıldı
-
İki güləşçimiz dünya çempionatının yarımfinalında
-
Azərbaycanda 1800 vətəndaş orqanlarını bağışladı
-
Türkiyə ordusu şəhid verdi
-
Bərdədə yeniyetmə ağır qəza törətdi
-
Bakıdan Moskvaya gəmi ilə kruiz turu başlayacaq
-
Bakıya uçan təyyarə havaya qalxa bilmədi
-
Bakıdan Tbilisiyə daha ucuz qiymətə gedə biləcəksiniz
-
"Nobel" arzusu xanımına nəsib ola bilər
-
Tramp kameraların önündə jurnalisti təhqir etdi
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın





