Mütəxəssislər xəbərdarlıq edir ki, bəzi qidalar istifadə müddəti bitdikdən sonra sağlamlıq üçün ciddi təhlükə yaradır.
Milli.Az xəbər verir ki, bu məhsullar bakteriyaların sürətlə çoxalması səbəbindən qida zəhərlənməsinə, hətta ciddi xəstəliklərə səbəb ola bilər.
Ən riskli məhsullar arasında süd və süd məhsulları, ət və toyuq məhsulları, yumurta, dəniz məhsulları, təzə şirələr və hazır salatlar yer alır.
Bu məhsulların tərkibində bakteriyalar qısa zamanda çoxalır və zərərli toksinlər əmələ gətirir.
Mütəxəssislər bildirir ki, belə qidalar xoşagəlməz qoxu və dad dəyişikliyi göstərməsə belə, təhlükəli ola bilər.Qida təhlükəsizliyini qorumaq üçün məhsulların son istifadə tarixlərinə diqqət edilməli və müddəti keçmiş qidalar dərhal atılmalıdır.
Milli.Az





