BMT TŞ Əhməd Əl Şaraanı sanksiya siyahısından çıxardı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Suriya Prezidenti Əhməd Əl-Şaranın 10 noyabrda Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə keçirəcəyi görüş öncəsi Birləşmiş Millətlər Təşkilatı mühüm qərar verib. BMT Təhlükəsizlik Şurası Suriya Dövlət Başçısı Əhməd Əl-Şara və Suriya daxili işlər naziri Enes Hattaba qarşı tətbiq edilən sanksiyaları götürüb.
Milli.Az xəbər verir ki, məsələ BMT Təhlükəsizlik Şurasında müzakirə olunub və ABŞ tərəfindən təqdim edilən qərar səsverməyə çıxarılıb. Səsvermədə iştirak edən 14 ölkənin hamısı sanksiyaların ləğvinin lehinə səs verib. Təhlükəsizlik Şurasının ümumilikdə 15 üzvü var, onların 5-i daimi üzv statusuna malikdir.
Gələcək görüşdə Suriya ilə ABŞ arasında münasibətlərin normallaşdırılması, eləcə də Suriya iqtisadiyyatına qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsi kimi məsələlərin əsas müzakirə mövzusu olacağı gözlənilir.
ABŞ Dövlət Departamenti bir müddət əvvəl Suriya iqtisadiyyatını hədəf alan və "Sezar Qanunu" kimi tanınan sanksiya paketinin Konqres tərəfindən ləğv edilməsini dəstəklədiyini açıqlamışdı.
Departament sözçüsü bəyanatda bildirmişdi ki, Sezar Qanununun ləğvi ilə bağlı hüquqi dəyişikliklərin hal-hazırda Konqresin gündəmində olan 2026 Müdafiə Büdcəsi Qanununa (NDAA) daxil ediləcəyi gözlənilir:
"Administrasiya Sezar Qanununun ləğvini dəstəkləyir. Konqres bu dəyişiklikləri NDAA paketinə daxil etməlidir."
Bu qərarın, Tramp və Şara arasında Vaşinqtonda keçiriləcək görüşün siyasi əhəmiyyətini daha da artırdığı bildirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)
-
Premyer Liqa: "Kəpəz" "Zirə" ilə heç-heçə edib
-
Naxçıvanda zəncirvari qəza olub, xəsarət alanlar var - (Foto)
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib





