Mədəniyyət

Vahid Əliyev vəfat etdi

6 Noyabr 2025 17:40
Baxış: 5 069
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Əməkdar artist Vahid Əliyev vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Samirə Əşrəf məlumat verib.

O, bu gün axşam saatlarında vəfat edib.

Qeyd edək ki, Vahid Əliyev 1952-ci ildə Tovuz şəhərində anadan olub. 1974-cü ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsini bitirib. 1975-ci ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 2011-ci ildə Əməkdar artist fəxri adına, 2017, 2018 və 2019-cu illərdə isə Prezident mükafatına layiq görülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.