Mədəniyyət

"Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil" - Arif Quliyev

4 Yanvar 2021 15:55
Baxış: 2 915
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zəng edib mənə deyirlər ki, Arif Quliyev dünyasını dəyişib? Mən də zarafatla deyirəm ki, çöldəyəm, gözləyin, bir dəqiqə evə zəng edim görüm dəqiqdir?

Milli.Az xəbər verir ki, bunu Xalq artisti Arif Quliyev ötən gün ölüm xəbərinin yayılması ilə bağlı moderator.az-a açıqlamasında deyib.

Xalq artisti bu cür şayiələrə artıq öyrəşdiyini bildirib:

"Arif Quliyev ad və soyadında təkcə mən deyiləm ki. O qədər insan var. Təbii ki, bu şayiədir. Məni o qədər "öldürdülər" ki, artıq özüm də ölümümə inanıram. Bu şayiələr daha mənə təsir etmir, heç vecimə də deyil".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.