Mədəniyyət

"Oğlanı mənə görə məktəbdən çıxardılar" - Məktəb illəri

9 Mart 2020 20:35
4 Şərh     Baxış: 6 410
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

Məktəb illəri ömrün ən şirin, qayğısız illərinə təsadüf edir. Ona görə, o illər yada düşəndə hər kəsin danışmağa sözü, xatirəsi çox olur. Rejissor, aktrisa İlhamə Əhmədovanın da o illərdən xatirəsi çoxdur və onlardan birini bizimlə bölüşdü:

"Çox nadinc şagird olmuşam. Nadincliyimlə bağlı bir xatirəni danışmaq istəyirəm. Qar yağmışdı, biz də sinif yoldaşlarımızla məktəbin həyətində qartopu oynayırdıq. Bir oğlan var idi, ondan heç xoşum gəlmirdi. Deməli, daş götürdüm, üstünə qar yapışdırdım. Qartopu oynayanda ona həmin daşlı qarı atdım. O da başından dəydi. Daş başını pis günə qoymuşdu. O oğlan  xəstəxanada xeyli yatdı. Xalam iki ay məni ona görə döydü.  Şikayət etdilər, valideynləri məni hədələyirdi. Birtəhər vəziyyətdən çıxdıq. Sonra oğlanı mənə görə məktəbdən çıxardılar. Məktəbi qurtarandan bir neçə il sonra təsadüfən qarşılaşdıq, yanından düz keçdim. Tanışlıq vermədim ki, birdən tanısa, məni vurar. Təbii ki vurmazdı, amma yenə də uzaq getdim (gülür)".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.