“La Skala” solistləri Heydər Əliyev Mərkəzində çıxış edəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Noyabrın 23-də Heydər Əliyev Mərkəzində İtaliyanın məşhur "La Skala" teatrının ulduzları çıxış edəcək.
Milli.Az bildirir ki, mərkəzdən Trend-ə verilən məlumata görə, tanınmış ifaçılar Covanni Qualyardo, Massimiliano Pizapia və Marina Naçkebiyanı Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.
Dünya opera mədəniyyətinin mərkəzi olan "La Skala" teatrının solistləri bütün ölkələrdə çıxışları zamanı anşlaq toplayır.
Bakı konsertinin proqramında dünya klassikasının qızıl fondu sayılan əsərlər - C.Verdinin "Traviata", "Riqoletto", "Trubadur", J.Bizenin "Karmen", C.Puççininin "Toska", "Bohema", Q.Donisettinin "Sevgi şərbəti", V.A.Motsartın "Don Juan", P.Çaykovskinin "Yevgeni Onegin" operalarından solo partiya və duetlər, populyar italyan mahnıları və s. ifa olunacaq.
Heydər Əliyev Mərkəzindəki konsertə biletlərin qiyməti 40, 60, 80, 100, 120, 140, 180, 200 və 220 AZN-dir. Biletləri Heydər Əliyev Mərkəzinin kassasından, iTicket.az saytı və satış məntəqələrindən əldə etmək olar.
İtalyan bariton Covanni Qualyardo ifaçı kimi uzun illərdir publikanın sevgisini qazanıb. Milandakı "La Skala" teatrı, Roma Opera Teatrı, Palermodakı Massimo Teatrı, Genuyadakı Karlo Feliçe Teatrı, Kataniyadakı Massimo Bellini Teatrı, Verona Filarmoniya Teatrı, Pyaçentsa Bələdiyyə Teatrı, Torre del Laqo Puççini Festivalı, Pekindəki Milli İfaçılıq Sənəti Mərkəzinin solistidir. Bruno Kampanella, Daniel Hardinq, Daniel Oren, Yuber Sudan və Myon-Vun Çunq kimi nüfuzlu dirijorlarla qastrollarda olur.
Tenor Massimiliano Pizapia parlaq karyerasını Milandakı "La Skala" teatrı, Sürix Opera Teatrı, Münhendəki Bavariya Dövlət Operası, Hamburq Dövlət Operası, Vyana Dövlət Operası, Leypsiq Operası, Buenos-Ayresdəki "Kolon" teatrı, Santyaqo Bələdiyyə Teatrı (Çili), Valensiyadakı Kraliça Sofiya İncəsənət Mərkəzi, Turindəki Recio Teatrı, Arena di Verona, Parmadakı Recio Teatrı, Parisdəki Bastiliya Operasında qurub.
Soprano Marina Naçkebiya Moskva konservatoriyasında professor Zurab Sotkilavanın sinfində təhsil alıb və 2014-cü ildə orada aspiranturanı bitirib. Monserat Kabalye (2012), Luçano Pavarotti (2012), Fransisko Vinyas (2013), Rikkardo Dzandonai (2013), Renata Tabeldi (2013), Marçello Ciordani (2014) beynəlxalq müsabiqələrinin laureatı olub. Onun qeyri-adi səsini İtaliyanın ən yaxşı teatrlarında - Parmadakı Recio Teatrında, Pyaçentsa Bələdiyyə Teatrında, Kataniyadakı Massimo Bellini Teatrında və Milandakı "La Skala" teatrında eşitmək olar.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





