Mədəniyyət

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir

8 Aprel 2019 18:36
0 Şərh     Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 8-də  Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunmuşdu.

Milli.Az xəbər verir ki, tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artistləri Aygün Bayramova "Qurban adına", Gülyanaq Məmmədova "Laylay ", Əməkdar artistlər Ehtiram Hüseynov "Sevgilim",Rəşad İlyasov "Nazlı yarım", Bəyimxanım Vəliyeva "Azərbaycana gəlsin", Azərbaycan Televiziyası və Radiosunun solistləri -Elgiz Əliyev "Sədaqətim var", Sədəf Budaqova "Axtararsınız", Rəvanə Əmiraslanlı "Sənsən yoxsa mən" və müğənni Aytən Məhərrəmova "Yandım elə yandım" mahnılarını ifa ediblər.
Konsertin son nömrəsi olan  "Bəs nə deyim" Bəyimxanım Vəliyeva və Rəvanə Əmiraslanlının  ifasında səsləndi.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi. 

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.