Mədəniyyət

Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək

26 Noyabr 2025 15:03
Baxış: 61
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr nəzərdə tutulur.

Milli.Az xəbər evrir ki, Dövlət Akademik Opera və Balet Teatrı ilə Türkiyə Dövlət Opera və Balet Baş Direktorluğu arasında mövcud əməkdaşlıq məsələləri müzakirə olunub.

Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov ilə Türkiyə Dövlət Opera və Balet Baş Direktorluğunun rəhbəri Tan Sağtürkün görüşündə birgə layihələr, qarşılıqlı qastrol proqramlarının hazırlanması, solistlərin və yaradıcı kollektivlərin mübadiləsi, habelə hər iki teatrda mütəxəssislər tərəfindən ustad dərslərinin təşkili ilə bağlı razılığa gəlinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.