Hadisə

"Kanal 13"ün rəhbəri azadlığa buraxıldı

27 Noyabr 2025 09:42
Baxış: 351
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Kanal 13" internet televiziyasının rəhbəri Əziz Orucov azadlığa buraxılıb.

Milli.Az xəbər verir ki, Əziz Orucovun cəza müddəti bu gün bitib və o, Ədliyyə Nazirliyinin 16 saylı cəzaçəkmə müəsissəsindən azadlığa buraxılıb.

Qeyd edək ki, Əziz Orucov 27 noyabr 2023-cü ildə saxlanılıb.

Səbail Rayon Məhkəməsinin hökmünə əsasən, Əziz Orucov 2 il müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə aşağı insatnsiya məhkəməsinin hökmünü dəyişdirmədən saxlayıb.

Bildirək ki, Əziz Orucova qarşı əvvəlcə Cinayət Məcəlləsinin 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti) maddəsi ilə cinayət işi açılıb. Daha sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə əlavə ittiham irəli sürülüb.

İstintaq dövründə 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə cinayət işinə xitam verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.