İqtisadiyyat

VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat

27 Noyabr 2025 11:25
Baxış: 437
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaşar Kərimov VTB (Azərbaycan) bankının İdarə Heyətinin üzvü təyin edilib.

Milli.Az xəbər verir ki, bu vəzifədə o, bankın pərakəndə biznesinə rəhbərlik edəcək.

O, 20 ildən çox bankçılıq təcrübəsinə malikdir və Yelo Bank və Expressbank da daxil olmaqla bir sıra Azərbaycan banklarında rəhbər vəzifələrdə çalışıb. VTB (Azərbaycan)-a təyinatdan əvvəl Unibank-da Pərakəndə Biznes üzrə İcraçı Direktor vəzifəsində çalışıb.

Yaşar Kərimov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur və "Mühəndis iqtisadiyyatı və idarəetmə" üzrə bakalavr və magistr dərəcələrinə malikdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.