Hadisə

Bakıda dəhşətli qəza: Sürücü avtomobildən uçdu - ANBAAN VİDEO

27 Noyabr 2025 10:00
Baxış: 817
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) ötən gün Məmmədli-Fatmayı yolunda baş verən ağır qəzanın görüntülərini yayıb.

Milli.Az xəbər verir ki, BDYPİ sözügedən qəzanın görüntülərini paylaşıb və sürücülərə müraciət ünvanlayıb.

"Sürücülər, xahiş edirik, sükan arxasında tələsməyin, risk etməyin, həyatınızı təhlükəyə atmayın. Sürət cəmi bir neçə saniyənin qənaəti, amma bir ömrün itkisi ola bilər. Yollarda məsuliyyətli olaq!", - müraciətdə bildirilib.

Qeyd edək ki, ötən gün Abşeron rayonunda, Məmmədli-Fatmayı yolunda baş verən qəzada "Chevrolet" markalı avtomobilin sürücüsü E. Ələsgərov dünyasını dəyişib. İlkin ehtimala görə, faciəyə sürücünün sürət həddini açması və əks zolağa çıxması səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.