Dünya

İmran Xan öldürülüb? - Rəsmi açıqlama

27 Noyabr 2025 10:57
Baxış: 655
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün mətbuatda Pakistanın həbsdə olan sabiq baş naziri İmran Xanın öldürülməsi barədə xəbərlər yayılıb.

Milli.Az xəbər verir ki, Adiala Həbsxanası İmran Xanın öldürüldüyü və müəssisədən çıxarıldığı barədə yayılan məlumatları təkzib edib.

Bildirilib ki, o, hazırda həbsxanadadır və səhhəti stabil vəziyyətdədir. Rəsmilər şayiələrin əsassız olduğunu, keçmiş baş nazirin daimi tibbi nəzarətdə saxlanıldığını vurğulayıb.

Açıqlama son günlər sosial mediada yayılan şayiələri aradan qaldırmaq məqsədi daşıyır.

Xatırladaq ki, İmran Xan və onun həyat yoldaşı 2024-cü ilin yanvarında korrupsiya ittihamı ilə 14 il azadlıqdan məhrum edilib. Bununla yanaşı, o, dövlət sirrini yaydığına görə daha 10 il həbs cəzası alıb.

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.