Heydər Əliyev Sarayında gerçəkdən də füsunkar bir sənət axşamı - məşhur rəqqasə, xoreoqraf, Bakı Xoreoqrafiya Akademiyasının beynəlxalq əlaqələr üzrə prorektoru, xalq və müasir rəqslər kafedrasının dosenti, Azərbaycan Rəqs İttifaqının prezidenti, Xalq artisti Təranə Muradovanın 60 illik yubileyinə həsr olunmuş rəqs bayramı keçirilib.
Azərbaycan Mədəniyyət Nazirliyinin və Bakı Xoreoqrafiya Akademiyasının dəstəyi ilə təşkil olunan bayram gecəsi yubilyara ünvanlanan səmimi və ürəkdən gələn təbrik sözləri ilə başlayıb. Təranə Muradova 45 ildən artıq bir müddətdə Azərbaycanın rəqs sənətini dünyanın ən mötəbər səhnələrində - La Skala, Aspendos, Böyük Teatr, Kirov Teatrı, UNESCO-da nümayəndə edib... Onun yaradıcılığı çoxdan Azərbaycan simvoluna çevrilib, yetişdirdiyi tələbələr isə xoreoqrafiya sənətinin parlaq ulduzları olub. Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Xoreoqrafiya Akademiyası və Özbəkistan, Qazaxıstan, Türkiyə, Gürcüstan, Macarıstan, Rusiya kimi ölkələrdən gəlmiş nüfuzlu sənət nümayəndələri adından təbrik məktubları səsləndirilib və beynəlxalq mükafatlar təqdim olunub. Gecənin aparıcısı tanınmış teleaparıcı Saleh Bağırov olub.
Heydər Əliyev Sarayının səhnəsində Azərbaycan və dünya xalqlarının rəqs mədəniyyətinə aid möhtəşəm bir proqram təqdim edilib. Tamaşaçılar Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin, Azərbaycan Dövlət Rəqs Ansamblının, Dövlət Mahnı və Rəqs Ansamblının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının çıxışlarını izləyiblər. Xüsusi qonaqlar - dəfələrlə dünya çempionu olmuş Eldar Cəfərov və Anna Sajina, Denis Taqintsev və Anna Melnikovanın çıxışları xüsusi coşqu ilə qarşılanıb. Hər kompozisiyadan sonra zal alqış sədaları ilə dolub-daşırdı. Proqramda Qara Qarayev, Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Eldar Mansurov, həmçinin müasir musiqi nümunələri və xalq melodiyaları səslənib.
Bu gün xüsusilə yaddaqalan oldu: Təranə Muradova 11 ildən sonra ilk dəfə yenidən səhnəyə çıxdı - və bunu məhz özünün xoreoqrafiya yoluna qədəm qoyduğu, onun üçün doğma və rəmzi mənaya malik Heydər Əliyev Sarayında etdi. Bu səhnə onun üçün həm başlanğıc, həm də zirvədir!
Gecənin kulminasiyası isə Xalq artisti Emin Ağalarovun məşhur "Azərbaycan" hitinə hazırlanan müəllif kompozisiyası - "Ağ və qara" oldu. Müasir ball rəqsi ilə milli rəqsin zərif elementlərinin cəsarətli sintezi səhnədə tamamilə yeni bir Təranə Muradovanı göstərdi: dinamik, fərqli, müasir, amma köklərinə sadiq! Onun hər bir addımı sənətə olan məhəbbətin etirafı, bütün yaradıcılıq yolunun hekayəsi kimi səslənirdi. Rəqsin fəlsəfəsi isə həyatın özü kimi açılırdı: səhər və axşam, işıq və qaranlıq, yüksəlişlər və sınaqlar... Qara-ağ konsepsiyası sadəcə bədii üsul deyil, yubilyarın ömrünün, mübarizəsinin, ilhamının, tale yolunun səmimi etirafı idi.
Və əlbəttə, xüsusi yer tutan "Uzundərə" kompozisiyası - qədim Azərbaycan rəqsi. Bu rəqs bir zamanlar kamera orkestri və xalq çalğı alətləri ansamblı ilə yeni formada təqdim edilmiş, Ümummilli lider Heydər Əliyevin böyük rəğbətini qazanmışdı. Məhz onun təşəbbüsü ilə 1997-ci ildə Təranə Muradova bu rəqsə özünəməxsus xoreoqrafik interpretasiya yaratmış, klassika ilə xalq rəqsinin unikal sintezini təqdim etmişdi. Bu rəqs Ümummilli liderin Heydər Əliyevin ən sevdiyi əsərlərdən biri idi. Təranə Muradova məhz bu kompozisiya ilə Azərbaycanı beynəlxalq aləmdə təmsil edib. "Uzundərə"nin yubiley gecəsində səslənməsi tarixə, ənənəyə və Ulu öndərin xatirəsinə ehtiramın təcəssümü oldu.
Zal Təranə Muradovanı ayaqüstə alqışladı - sonsuz alqışlar, çiçəklər, sevinc dolu baxışlar... Kulis arxasında isə bayram davam edirdi: hər kəs milli rəqsin qorunması və dünyaya tanıdılmasına həyatını həsr etmiş bu şəxsiyyəti təbrik etmək, onunla xatirə şəkli çəkdirmək istəyirdi.
Təranə Muradova bir daha sübut etdi: sənət bütün dövrlərdə qəlbləri və səhnələri fəth edir, və insan hər yaşda rəqs edə bilər - əgər hərəkətində sevgi yaşayırsa.
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Heydər Əliyev Sarayında Təranə Muradovanın möhtəşəm yubileyi – alqışlar altında rəqs bayramı və çiçək dəryası - FOTO
26 Noyabr 2025 21:25
Baxış: 1 352
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Nəsilləri birləşdirən musiqi: mart konsertlərinə baxış - FOTO
-
Bakıdan Nyu-Yorka: Rüstəm Quliyevin yaradıcılıq yolu və “Oominorun Gəmisi”nin təqdimatı - VİDEO - FOTO
-
Muğam Televiziya Müsabiqəsinin qalibləri konsert ilə çıxış edib - FOTO
-
“İşığa doğru”: Azərbaycan rəssamları İtaliyada möhtəşəm sərgi ilə çıxış etdi - FOTO
-
Mindiyimiz atlar günə 50 manat alırdı, biz 25 manat
-
Rasim Balayevin yerinə onlardan biri seçiləcək - ADLAR
XƏBƏR LENTİ
-
Türkiyə mətbəxindən qozlu acuka resepti
-
Mandalin qabığı çayı nədir? - Faydaları və hazırlanma qaydası
-
Günün qoroskopu: Köhnə borcları qaydaya salaraq irəli gedə bilərsiniz
-
Yapon cütlüklər ayrı yatırlar: Sən demə, səbəbi bu imiş
-
Gecə zehni susmayan 5 bürc
-
Bu yolda sürət həddi endirildi - FOTO
-
Dünyanın ən nəzakətli ölkələri açıqlandı - siyahı
-
"Nə məcburdur ki, bu statistikanı açıqlayırsınız?"
-
Toral qızına ad günü edir - VİDEO - FOTO
-
Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq
-
Bu ölkədə nağd pulla bağlı xəbərdarlıq: Artıq məcburi olacaq
-
Səkkizmərtəbəli bina nəhəng yolun ortasında tək qaldı
-
"Bayern Münhen"in ulduzu" Real Madrid"lə oyunu buraxa bilər
-
Səhərlər isti su içmək həqiqətən sağlamlığa faydalıdırmı?
-
Kartof qızardarkən yağ çəkməməsi üçün nə etməli?
-
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
-
"Mənim gücüm olsaydı eləsinin nəslini süpürərdim"
-
Xamenei: Müqavimətə dəstək davam edəcək
-
Qlobal gərginlik və bahalı neft: Azərbaycan iqtisadiyyatı üçün yeni fürsətlər
-
Çay və qəhvə ilə dərman içmək niyə olmaz?
-
Mələkxanım Eyubovadan oğlu ilə bağlı paylaşım - FOTO
-
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
-
Putin: Ermənistan eyni vaxtda Aİ və Aİİ gömrük ittifaqında ola bilməyəcək
-
"İlham Əliyev və Paşinyanın səyləri ilə vəziyyət sabitləşib"





