Oktyabrın 12-də Beynəlxalq Muğam Mərkəzində Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və "PAŞA Bank"ın baş sponsorluğu ilə 16 yaşınadək olan uşaqlar arasında təşkil olunan III Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, gənclər və idman nazirinin müavini İntiqam Babayev, "Kainat" gənclik mərkəzinin rəhbəri Rahib Rəsulzadə ölkəmizdə mədəniyyətin, muğam sənətinin inkişafı və təbliği istiqamətində görülən işlərdən, bu sahədə Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışmışlar. Xalqımızın çoxəsrlik tarixə malik mədəniyyətinin, zəngin mədəni irsinin olduğunu vurğulayan natiqlər bildirmişlər ki, maddi-mədəni sərvətlərimizi qorumaq və gənc nəsillərə çatdırmaq vacib məsələlərdəndir. Bu işdə uşaqlar arasında təşkil olunan muğam müsabiqələrinin böyük rolu vardır. Bu layihənin 16 ildir davam etdiyi, onun coğrafiyasının ildən-ilə genişləndiyi, müsabiqəyə qatılan ölkələrin sayının artdığı bildirilmişdir. İ.Babayev və R.Rəsulzadə layihənin bundan sonra da davam etdiriləcəyini qeyd etmiş, iştirakçılara uğurlar arzulamışlar.
Yarışmada Azərbaycan ilə yanaşı, Türkiyə, Misir, Özbəkistan və Türkmənistandan gənc istedadlar öz bacarıqlarını nümayiş etdirmişlər.
Xalq Artisti Ağasəlim Abdullayevin rəhbərlik etdiyi beynəlxalq tərkibli münsiflər heyətinin qərarı festivalın yekununda elan edilmişdir.
İştirakçılardan bir nəfəri müsabiqənin əsas mükafatı olan "Qran-pri"ni qazanmışdır. Bir nəfər birinci, iki nəfər ikinci, iki nəfər üçüncü yerə layiq görülmüş, beş nəfərə isə həvəsləndirici mükafat verilmişdir.
Bütün finalçılar diplomlarla təltif olunmuşlar.
Tədbirdə Azərbaycanın tanınmış mədəniyyət, incəsənət xadimləri, Özbəkistan Respublikası təhsil nazirinin müavini Abdüqəni Xolbekov, səfirlər, xarici qonaqlar iştirak etmişlər.
Milli.Az
Mədəniyyət
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Bakıda III Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının yekun konserti və qaliblərin mükafatlandırılması mərasimi keçirilib
13 Oktyabr 2011 00:57
Baxış: 511
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
DİGƏR XƏBƏRLƏR
-
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu - VİDEO - FOTO
-
Azərbaycan Milli İncəsənət Muzeyində “Kəlağayı – ənənələr, simvollar və sirlər” adlı tədbir keçirilib - FOTO
-
Heydər Əliyev Sarayında Təranə Muradovanın möhtəşəm yubileyi – alqışlar altında rəqs bayramı və çiçək dəryası - FOTO
-
XXI əsrin İpək sehri! Azərbaycan Milli Xalça Muzeyi və Gülnarə Xəlilova “Kəlağayının yeni hekayəsi”ni təqdim etdilər – FOTO
-
Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
-
Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti baş tutub - FOTO
XƏBƏR LENTİ
-
Üç kənddə qaz yoxdur - Bu tarixdə bərpa olunacaq
-
Böyük yanğında növbəti gün... - FOTOlar
-
VTB (Azərbaycan) bankının İdarə Heyətinə yeni təyinat
-
Soçi hava limanı bağlandı
-
"Azərişıq" yoxlamalara başlayıb? - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
-
"Ayda 2 dəfə süd vannası qəbul edirəm"
-
Pensiyalar yenidən artırılacaq
-
İmran Xan öldürülüb? - Rəsmi açıqlama
-
“TikTok”da qeyri-etik paylaşımlar edən şəxs həbs edildi - FOTO
-
“Əsli və Kərəm” operası yeni Əsli ilə tamaşaçılara təqdim olundu - VİDEO - FOTO
-
Yeni ili harada qarşılayaq? - QİYMƏTLƏR
-
Əməkdar artist plastik əməliyyatla 20 yaş "cavanlaşdı" - VİDEO
-
Bakının məşhur dairəvi yolunda sürət həddi endirildi
-
Balıq yağı belə şəraitdə istehsal edilirmiş - İyrənc görüntülər - VİDEO
-
Türkiyədə zəlzələ oldu
-
Niyə keçmiş miqrantlar yeni miqrasiyanın əsas əleyhdarlarına çevrilir?
-
Bakıda dəhşətli qəza: Sürücü avtomobildən uçdu - ANBAAN VİDEO
-
Mbappedən Çempionlar Liqasında rekord
-
Əməkdar artistə ağır itki - FOTO
-
Goranboyda binanın uçma anı - VİDEO
-
"Kanal 13"ün rəhbəri azadlığa buraxıldı
-
İndi o özü həmin filmdə ata olmaq istəyir... - FOTO
-
Ağ Ev yaxınlığında iki əsgəri güllələyən şəxsin kimliyi açıqlandı - Saxlanılma anı - VİDEO
-
Üç valyuta bahalaşdı - RƏSMİ





