Mədəniyyət

“Xalq yaradıcılığı: qədim el sənətləri” festivalı keçiriləcək

23 May 2018 19:08
Baxış: 1 959
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

25-26 may 2018-ci il tarixində Bakının Qala kəndindəki Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda Azərbaycan Televiziyası "Mədəniyyət" kanalı Xalq yaradıcılığı redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu ilə birgə "Xalq yaradıcılığı : qədim el sənətləri" festivalı keçirəcək. 

Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalının "Xalq yaradıcılığı" redaksiyası AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu "Qala" Dövlət Tarix- Etnoqrafiya Qoruğunda 25-26 may 2018-ci il tarixində "Xalq yaradıcılığı: qədim el sənətləri" adlı festival keçirəcək. Festivala saat 13.00-da start veriləcək.

Azərbaycan televiziya və  radiosunun musiqi kollektivləri,  solistləri, qədim əl işləri və kitab satış-sərgisi, zorxana tamaşası, milli geyimlərimiz, milli rəqslərimiz, aşıq havalarımız, xına qrupumuz, muğam üçlüyü, dulusçuluq, nalbəndlik, interaktiv oyunlar, ponilərdə gəzinti (uşaqlar üçün:), xalça toxuma və bu kimi nümunələr sizi gözləyir... Hamınızı dəvət edirik. İstəyənlər öz əl işlərini, musiqi bacarıqlarını pulsuz nümayiş etdirə bilərlər. Şagir və tələbələr üçün də maraqlı olacaq... Yeniyetmə və uşaqlar, eləcə də gənclər qədim el sənəti nümunələri ilə tanış olacaq, özləri də ustalarla bir yerdə gil qablar düzəldəcək, xalça toxuyacaq, nalbəndin köməkliyi ilə nal düzəldə biləcək, ebru ustasının yardımı ilə rənglərdən gözəlliklər yaradacaqlar... Əslində bu festival Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının Xalq yaradıcılığı redaksiyasının "Keçmişdən gələcəyə" layihəsinin davamı olaraq keçmişdəki dəyərlərimizin gələcəyə daşınması yolunda önəmli addımdır. Bu həm də isti yaz günlərində insanların mədəni istirahətinin təşkilinə xidmət edir. Qoruğun ərazisi valideynlərə və müəllimlərə uşaqlarla gəzmək üçün geniş imkan verir. Buradakı tarixi, arxeoloji, etnoqrafik materialların zənginliyi xarici və yerli turistlər, alimlər üçün də maraqlı olacaq. Festival Azərbaycan Televiziyasının "Mədəniyyət" kanalı tərəfindən çəkilərək efirə veriləcək. 

Təşkilatçılarla əlaqə:
[email protected]
tel.: 050 330 76 16
İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.