Dünya

Stoltenberq bu sözünə görə istefa versin - Salvini

26 May 2024 23:45
Baxış: 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Baş katibi Yens Stoltenberq Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün Qərb silahlarından istifadə etməsinə dair sözlərinə düzəliş etməli, üzr istəməli və ya istefa verməlidir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu İtaliyan Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Matteo Salvini deyib.

"Stoltenberq ya düzəliş etsin, ya üzr istəsin, ya da istefa versin. Çünki o, müharibə haqqında, mənim adımdan "Liqa" və İtaliya xalqı adından Ukraynaya müdafiə üçün göndərdiyimiz bombaların, raketlərin və silahların onun ərazisindən kənarda öldürmək məqsədilə istifadəsi haqqında danışa bilməz", - o bildirib.

Qeyd edək ki, bundan öncə Y.Stoltenberq alyans ölkələrini Ukraynanın Qərb silahları ilə Rusiya ərazisindəki hədəflərə zərbə endirməsinə dair məhdudiyyətləri aradan qaldırmağa çağırıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.