Ölkə

Qənirə Paşayevanı o əvəz etdi - Parlament təsdiqlədi - YENİLƏNİB - FOTO

24 May 2024 12:17
Baxış: 10 020
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12:17

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni sədr seçilib.

Milli.Az xəbər verir ki, deputat Kəmaləddin Qafarovun işçi qrupuna sədrliyi təklif edilib.

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" qərar layihəsi müzakirəyə çıxarılıb.

K.Qafarovun namizədliyi təsdiqlənib.

Qeyd edək ki, o, bu vəzifədə mərhum deputat Qənirə Paşayevanı əvəzləyib.

--------------
23.05.2024


Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbər təyin edilir.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu, bu gün parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə" Milli Məclisin qərar layihəsində əksini tapıb.

Kəmaləddin Qafarovun işçi qrupunun rəhbəri təyin olunması təklif edilir.

Qərar layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.

Qeyd edək ki, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Qənirə Paşayeva olub. Qənirə Paşayeva 28 sentyabr 2023-cü il tarixdə vəfat edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.