Ölkə

Bakıda tozun miqdarı kəskin artdı

26 May 2024 23:33
Baxış: 538
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakı və Abşeron yarımadasında havada tozun konsentrasiyasında bir qədər də artım müşahidə edilib.

Milli.Az xəbər verir ki, bu barədə Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib.

Onun sözlərinə görə, saat 19 radələrinədək havada tozun miqdarı normadan 1.5-1.7 dəfə artıq müəyyən edilmişdisə, saat 22 radələrində havada tozun miqdarının normadan 3-3.5 dəfə yüksək olması qeydə alınıb.

Rəna Allahverdiyeva bildirib ki, hazırkı saatlarda tozlu hava şəraiti davam etməkdədir:

"Sabah, mayın 27-də sinoptik şəraitlə əlaqədar olaraq şimal-qərb küləyinin əsəcəyi və yağış yağacağı proqnozlaşdırıldığından gün ərzində havada tozun miqdarının tədricən norma həddinə düşəcəyi gözlənilir. Qeyd edək ki, bu gün havada müşahidə olunan toz meteoroloji şəraitlə əlaqədar olaraq transsərhəd xarakterlidir".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.