Hadisə

Hacı Salmanın əxlaqsızlıq etdiyi ərazidən - FOTO

26 İyun 2024 08:58
Baxış: 5 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İyunun 22-də Abşeron rayonu, Masazır qəsəbəsi, Vidadi Quliyev küçəsində ilahiyyatçı Salman Kamiloğlu azyaşlıya qarşı əxlaqsızlıq edib.

Ağsuda yaşayan, Masazıra dayısıgilə qonaq gedən azyaşlını yolun kənarında oynayarkən görən ilahiyyatçı onu yanına çağırıb və əxlaqsız hərəkətlər etməyə başlayıb.

Qohumunun onlara tərəf gəldiyini görən ilahiyyatçı ərazidən uzaqlaşıb.

Azyaşlının dayısı həmin şəxsin sözügedən ərazidə yaşamadığını, falçının yanına getdiyini söyləyib:

"Dükanın yanında gördüm ki, bankomatdan pul çıxarır. Yaxınlaşdım ona, həmin şəxs olub-olmadığını təsdiqləmək üçün mənimlə gəlməyini xahiş etdim. Gəldik, yoldaşım da, uşaq da həmin adam olduğunu təsdiqlədilər. Bu şəxs isə boynuna almadı, din adamı olduğunu dedi. Abşeron Rayon Polis İdarəsinə zəng etdim. Polislər gəlib götürdülər. Orada isə hər şeyi boynuna aldı".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.